EN

Nizami Səfərov seçicilərlə görüş keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov Tovuz rayonunda qadınlardan ibarət "Qərb yenilikləri" kənd təsərrüfatı istehsal və istehlak qadın kooperativində, Tovuz şəhər və kənd ağsaqqalları olan seçicilərlə fərdi görüşlər keçirib.
Deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan qadınlarının tarixən cəmiyyətin müxtəlif sahələrində, xüsusilə ictimai-siyasi həyatda mühüm rol oynamasını qeyd edərək bir çox qadınlarımızın siyasi arenada aktiv fəaliyyət göstərdiyini, dövlət idarəçiliyində və yerli hökumət orqanlarında mühüm mövqelər tutmasını qeyd etdikdən sonra belə bir kooperativin yaradılmasında qadın əməyinin olmasını yüksək qiymətləndirib.
Sonra namizəd digər görüşlərdə tovuzluların ictimai-siyasi proseslərdə, xüsusilə də seçkilərdə həmişə aktiv iştirak etdiyini qeyd edərək deputat seçiləcəyi təqdirdə ona göstərilən inamı layiqincə doğruldacağını qeyd etdi.
Çıxış edən seçicilər də öz növbəsində, yeni hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədi Nizami Səfərova səs verəcəklərini bildiriblər.
Chosen
154
1
oxu.az

10Sources