Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin növbəti tranşını 2025-ci ilin martına qədər Ukraynaya hərbi yardım üçün istifadə edəcək.
Oxu24.com xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrel Brüsseldə 27 icma ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Mart ayına qədər aktivlərdən əldə edilən gəlirin ikinci tranşı olacaq, bu, Ukraynanın müdafiə sənayesini gücləndirməyə yönəldiləcək”.
Borrelin sözlərinə görə, 1,5 milyard avroluq birinci tranşın bir hissəsi müdafiə sənayesini gücləndirmək üçün artıq birbaşa Ukraynaya göndərilib.
Miri