EN

Azərbaycanda seçkilər: Nə zaman, harada, necə səs verə bilərəm? 11 suala cavabda

Məqalə barədə məlumatMüəllif, İlkin HəsənovVəzifə, BBC News Azərbaycanca, Bakı

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Azərbaycanda səsvermə səhər saat 8.00-da başlayıb, axşam saat 19.00-a kimi davam edəcək.

Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, səsvermənin ilkin nəticələri 21.00-da açıqlanacaq.

Seçki günü ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları seçkilərə qatıla bilərlər.

Seçki günü qeyri-iş günü hesab olunur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb.

Səsvermə hüququ olan seçici öz namizədini gizli və şəxsi səsvermə yolu ilə seçir.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilirNamizədlər kimlərdir?

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, yeddi namizəd iştirak edəcək.

Namizədlərdən biri hazırkı prezident və 20 ildən artıq ardıcıl Azərbaycanın Prezidenti vəzifəsində olan İlham Əliyevdir.

MSK-nın siyahısında ikinci namizəd Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, müstəqil namizəd Zahid Orucdur.

Üçüncü namizəd Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevdir.

Siyahıda dördüncü namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Növbəti namizəd Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafadır.

Altıncı namizəd Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.

Siyahıda sonuncu, müstəqil namizəd Fuad Əliyevdir.

2024-cü

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
bbc.com

1Sources