EN

Paris-2024: Parataekvondoçumuz 1/4 finalda məğlub olub

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.

K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub - 3:6.

Abuzərov məğlubiyyətə rəğmən təsəlliverici görüşə çıxacaq. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Paris-2024-ə avqustun 8-də yekun vurulacaq.

Chosen
71
9
cbcsport.az

10Sources