EN

Misli Premyer Liqası: "Qarabağ" "Zirə"ni sınağa çəkəcək

Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq. Sonuncu oyunda "Zirə" son çempion "Qarabağ"ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də start götürəcək. Digər rəqiblərinə nisbətən çempionatda bir matç az keçirən komandalar 6 xalla 4-5-ci yerləri bölüşdürürlər.

Misli Premyer Liqası

V tur

1 sentyabr

20:45. “Zirə”– “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" səfərdə "Kəpəz"i (3:2), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Turan Tovuz" isə evdə "Səbail"i (1:0) məğlub edib. "Şamaxı" - "Neftçi" görüşündə hesab açılmayıb.

Chosen
53
12
cbcsport.az

10Sources