EN

Amerika-Azərbaycan Gənclərinin ilk Forumu başa çatıb

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Amerika-Azərbaycan Gənclərinin ilk Forumu uğurla başa çatıb.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Vaşinqton Universitetinin Azərbaycan Tələbə Assosiasiyasının və Azərbaycan-Amerika Alyansının birgə təşkilatçılığı ilə keçirilən forumun ikinci günündə tələbələr Vaşinqton şəhərinin tarixi yerlərini gəziblər.

ABŞ-nin 21 müxtəlif ştat və şəhərində təhsil alan və yaşayan azərbaycanlı gənclər Dövlət Departamenti, tarixi Kapitol Hill bölgəsində, ABŞ-nin 16-cı prezidenti A.Linkolnun şərəfinə ucaldılan məşhur Linkoln Memorialında da olublar, Ağ Evin yerləşdiyi bölgəni ziyarət ediblər.

Tələbələrə demokratiyanın paytaxtı adlandırılan Vaşinqton şəhərinin tarixi, şəhərdə yerləşən muzeylər və ABŞ-nin ən önəmli strateji obyektlərindən olan Pentaqon (ABŞ Müdafiə Nazirliyinin binası) barədə məlumat verilib.

Qeyd edək ki, Amerika-Azərbaycan Gənclərinin Forumu tarixdə ilk dəfədir ki, keçirilir. Forumda ABŞ-nin qabaqcıl ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr və müxtəlif sahələrdə uğurla çalışan azərbaycanlı gənclər iştirak ediblər. Forumun keçirildiyi iki gün ərzində "Gənclərin təhsil vasitəsilə inteqrasiyası", "Azərbaycan əsilli amerikalıların yeni nəsli: Mənim dünyam, ruhum, gözləntilərim", "Mən mümkünəm", "Xəyal et, inan, mövzularında panel müzakirələr aparılıb. Forumda bilik yarışları təşkil olunub, uğur qazanan komandalar müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Chosen
76
24
far.az

10Sources