EN

Toy sahibi Şəbnəm Tovuzlu ilə əl-qolla danışdı - Müğənni onu hədələyib toyu tərk etdi - VİDEO

Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.

Day.Az Titul.az-a istinadən xəbər verir ki, qadın müğənni özünü "toy sahibi" kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb.

Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə "Sənin həyat yoldaşın yazıqdır", - ifadəsi ilə odun üstünə "benzin töküb".

Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr (restoranı tərk edərkən əli ilə "sənin ağzını cırdıraram" işarəsini edib - red) işlədərək restoranı tərk edib.

Bu da sözügedən qalmaqal videosu:

Chosen
140
6
day.az

10Sources