EN

Zahid Oruc niyə seçildi? - Əgər camaatdan gizlənsəydi...

Azərbaycan siyasətində elə personalar var ki, onların hansı platformada, hansı seçki dairəsində, hansı bölgədə fəaliyyətindən asılı olmayaraq, uğur qazanacağı şübhə doğurmur. Bunun göstəricisi təkcə yüksək intellekt və siyasi dünyagörüşü sahibi olmaq deyil, əlbəttə, bu amillər xüsusi əhəmiyyət daşıyır, lakin xalqdan olmayanda, xalqın yanında olmayanda, xalqın problemlərini dilə gətirməyəndə min kitab oxu, çi fayda?! Bu mənada 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa bitərəf namizəd, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun seçkidə qələbəsi təəccüblü olmadı. Çünki Zahid Oruc istisna siyasət adamlarından və millət vəkilliyinə namizədlərdəndir ki, hansı dairədən namizədliyini irəli sürəndə seçicilərdən səmimi dəstək alır və qalib olur. Bura qədər də Bərdədə Zahid Orucun fəaliyyəti, seçicilərə qayğısı sübut etmişdi ki, onun istənilən yerdən seçkiyə qoşulması həmin ərazinin insanları üçün xeyirlidir. O baxımdan Xətai sakinləri irəli düşdülər, onların sözünü eşidəcək, səsinə səs verəcək, rayonun problemlərini əl-ələ verib həll edəcək bir millət vəkilinə sahibdirlər. Əgər Zahid Oruc seçicilərinə biganə qalsaydı, bəlkə də seçkinin nəticələri haqda fərqli fikirlər səslənərdi. Halbuki onun rəqibi də zəif namizəd deyildi, tənqidçi idi, amma Zahid Oruc zəkası, peşəkarlığı, seçiciyə xitab təcrübəsi, ən əsası isə insanların yaddaşlarında istiqanlı, hamının dərdinə şərik çıxan, dadına yetişən, seçicinin ayağına gedən biri kimi qalması səbəbindən seçki qutusundan onun adı çıxdı. Əslində, Zahid Oruca verilən səs əhalinin onun problemlərinə diqqətcil olacaq deputata göstərilən etimad idi. Yəni Xətai sakinləri Zahid Orucu həm də ona görə seçdilər ki, dövlət-xalq münasibətlərinin fəlsəfəsini, ruhunu yaxşı bilir, körpü rolu oynamağı bacarır, əhalinin sosial problemlərinə də bələddir, zatən rəhbəri olduğu Mərkəzin iş profili bundan ibarətdir, həm də vətəndaşın, onun seçicisinin müraciətini qulaqardı etməyəcək bir insandır. Ona görə Xətai seçiciləri praqmatik yanaşdılar - bəli, hər iki namizəd problemləri dilə gətirirlər, amma hansı namizəd həm də o problemlərin həllində bir deputat kimi bizə kömək edəcək, hansı daha çox gücə, imkana, əlaqəyə, sözünün keçərli olmasına və nüfuza malikdir. Təbii ki, bu amillər də Zahid Orucun qələbəsini şərtləndirən amillərdən biri oldu. Ümumiyyətlə, ən sərt tənqidçi namizəd belə arzulamazdı ki, Zahid Orucla rəqib olsun. Çünki önündəki hazırlıqlı, xalqdan gizlənməyən, idarəetməni ən yüksək səviyyədə bilən siyasətçidir. Xətai camaatı kifayət qədər təcrübəli kontingent olduğu üçün dövlət-xalq münasibətlərində bir millət vəkili kimi mühüm rolu olacaq şəxsə üstünlük verdi. Bundan belə isə Zahid Orucun üzərinə məsuliyyət daha artıq düşür - seçicilərin etimadını doğrultmaq, buna da zərrə qədər şübhə yoxdur; yeni parlamentdə yeni ideyalar və təkliflərlə çıxış etmək; hakimiyyətə cəmiyyəti narahat edən ən həssas sosial məsələlər haqda bir zərf təqdim etmək... Beləliklə, Azərbaycan suverenliyini bərpa etdikdən sonra bu reallıqda ilk parlament seçkilərini keçirdi - Xankəndidə, Şuşada, bütün Qarabağda.  Anaxeber.info

Chosen
82
anaxeber.info

1Sources