EN

Azərbaycanda parlament seçkilərində heç bir qanun pozuntusu qeydə alınmayıb - Aleksandr Terentyev

Azərbaycanda parlament seçkilərində müşahidə missiyası zamanı heç bir pozuntu qeydə alınmayıb.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Terentyev brifinqdə bildirib.

"Azərbaycanda parlament seçkiləri uğurla keçdi. Müşahidə missiyası zamanı Azərbaycanda parlament seçkilərində heç bir pozuntu qeydə alınmayıb", - o bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Chosen
86
19
day.az

10Sources