EN

Hamı bu oğrudan danışır: Girdiyi evdə qabları və paltarları yudu, yazdı ki...

Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi şəhərin hüquq-mühafizə orqanlarını və məhəllə sakinlərini heyrətə salıb.

Publika.az xəbər verir ki, mətbəxin pəncərəsini sındıraraq bir evə daxil olan oğru orada yemək bişirib, qabları yuyub, paltarları qatlayıb və duş qəbul edib.

Ən maraqlısı isə oğrunun qoyub getdiyi üzrxahlıq məktubu olub. O, qeyddə “Mənə yemək lazım idi. Evinizə girdim. Xahiş edirəm məni bağışlayın. Yeməyinizi yedim, paltarlarınızı yudum, duş aldım” yazıb.

Həmçinin qeyddə işləməyən popkorn maşını haqqında da məlumat əlavə edib.

Chosen
136
5
publika.az

6Sources