EN

Ukraynadan qaçan deputat Dmitruk Londonda diqqət çəkdi (VİDEO)

Ukrayna-Moldova sərhədini qanunsuz keçən xalq deputatı Artem Dmitruk Londondakı ticarət mərkəzlərindən birində görüntülənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hromadske” sentyabrın 2-də öz oxucusuna istinadla yazıb.

Onun təqdim etdiyi videoda xalq deputatı Dmitruka bənzəyən şəxs sentyabrın 1-də Londonun qərb rayonlarından birində yerləşən Westfield London ticarət mərkəzindəki məişət texnikası mağazasının satıcısı ilə ünsiyyət qurur.

Kadrlarda daha sonra Dmitruka bənzəyən kişinin qucağında balaca qız tutmuş tünd saçlı qadınla ünsiyyətdə olduğu görünür.
Jurnalistlər hesab edirlər ki, bu, Dmitrukun həyat yoldaşı Anastasiya və onların qızı Varvaradır.

Sonuncu dəfə Anastasiya Dmitruk Londondan İnstaqramda hekayələr dərc etmişdi - o, izləyicilərinə qızı ilə Kraliça Viktoriya və Şahzadə Albert Muzeyini necə ziyarət etdiyini göstərmişdi.

Qeyd edək ki, avqustun 25-də "Ukrainskaya Pravda” nəşri mənbələrə istinadən deputat Artyom Dmitrukun sərhədi qanunsuz keçdiyini yazıb. Bildirilib ki, o, əvvəlcə Moldovaya, oradan isə İtaliyaya gedib.

Elə həmin gün Baş Prokurorluq xalq deputatına hüquq-mühafizə orqanının əməkdaşı və hərbçiyə hücumda şübhəli olduğunu bildirib.

Daha sonra DSX Baş Prokurorluğun prosessual rəhbərliyi altında deputatın dövlət sərhədini qanunsuz keçməsi faktı ilə bağlı cinayət işi başlandığını bildirib.

Avqustun 26-da SBİ-nin kommunikasiyalar üzrə müşaviri Tatyana Sapyan deputat Artyom Dmitrukun həqiqətən də sərhədi qanunsuz keçdiyini təsdiqləyib.

Avqustun 29-da Dövlət Təhqiqat Bürosu (DSB) Dmitruku beynəlxalq axtarışa verib.

Sentyabrın 2-də DSX əməkdaşları Ukrayna vətəndaşlarına hücumda şübhəli bilinən xalq deputatının dövlət sərhədindən Dnestryanı adlanan əraziyə qanunsuz aparılmasında şübhəli bilinən üç şəxs haqda məlumat veriblər.

İstintaqın məlumatına görə, avqustun 23-də saat 21.00-da şübhəlilər Dmitruku Moldova ilə sərhədə aparıb, bundan sonra o, Ukraynanı qanunsuz olaraq piyada tərk edib.

Alpər

Chosen
101
34
qaynarinfo.az

10Sources