EN

7 erməni inəyi sərhəddə minaya düşdü

Ermənistanın Tavuş vilayətinin Voskepar kəndinin sakinlərinə məxsus 7 inək sərhəddə minaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hadisənin “Üçbucaq” adlanan ərazidə baş verdiyi bildirilir. Həmin hissənin Ermənistanın ərazi bütövlüyünə daxil olduğu bildirilir.

Mal-qara sahiblərinə nə qədər ziyan dəydiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Ermənistan Qarabağda olduğu kimi, Azərbaycanla sərhədi də kütləvi şəkildə minalayıb. Nəticədə hər iki tərəfdə hərbi və mülki şəxslər zərər görür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
6
axar.az

8Sources