Kabildə Taliban hökumətinin Baş Prokurorluğu yaxınlığında baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
interpress.az xəbər verir ki, sentyabrın 2-də Əfqanıstanda kamikadzenin törətdiyi partlayış nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hadisə Kabildə Taliban hökumətinin Baş Prokurorluğunun yaxınlığında baş verib.
Partlayış faktını Taliban Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əbdül-Matin Kani də təsdiqləyib və ətraflı məlumatı sonra verəcəyini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az