EN

Rusiya Ukraynanı ballistik raketlə VURDU - 47 ÖLÜ, 206 YARALI

Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 47-yə yüksəlib, 206 nəfər isə yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib.

Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri xüsusilə Poltavaya son hücumdan sonra Rusiyanın ballistik raketlərinin cəbhə bölgələri üçün yüksək təhlükə olduğunu xatırladıb.

Qeyd olunub ki, bu cür hücumlara cavab müddəti son dərəcə qısadır, cəmi bir neçə dəqiqə.

Ukrayna Müdafiə Nazirliyi qeyd edib ki, həyəcan siqnalının elan edilməsi ilə zərbə arasındakı interval o qədər qısa olub ki, insanları sığınacaq üçün yolda yaxalayıb.

Musavat.com

Chosen
88
50
musavat.com

10Sources