EN

Zelenskidən SENSASİON AÇIQLAMA - "Putin danışıqlar masasına oturmasa..."

"Prezident Vladimir Putin danışıqlar masasında oturmaqdan boyun qaçırsa, Ukrayna işğal etdiyi Rusiya torpaqlarını özündə saxlayacaq və bunun üçün mübarizəyə davam edəcək".

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski "NBC News"a verdiyi müsahibədə bildirib. 

Prezident qeyd edib ki, Ukrayna işğal etdiyi torpaqları özündən saxlayacaq. Çünki bu, müharibəni bitirmək üçün hazırlanan qələbə planının bir hissəsidir.

Zelenski bildirib ki, bunu bir təklif kimi ABŞ və digər beynəlxalq tərəfdaşlara da təqdim edəcəklər.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın digər ərazilərini ələ keçirməklə bağlı hələlik qəti bir söz demək mümkün deyil: "Biz hələlik bunu müzakirə etməmişik. Lakin indiki halda əlimizdə olan ərazilər bizim üçün olduqca önəmlidir".

 

Musavat.com

Chosen
60
musavat.com

1Sources