“Rusiya Ukrayna cəbhəsindən Kursk istiqamətinə 60 min əsgər köçürüb”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində məlumat verib.
“Bu, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra baş verib”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, əməliyyatın məqsədlərindən biri Rusiyanı Ukraynadakı 600 millik cəbhə xəttindən qoşunları çıxarmağa məcbur etmək olub.
Daşqın HəsənovMissiya.Az