EN

Bakıda baş verən ağır qəza ilə bağlı TƏBİB-dən açıqlama

Ötən gün Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Qurumdan BUTA.TV-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.09.2024-cü il tarixində saat 21:07-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. "Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 17 və 19 yaşlı 2 nəfər (kişi cinsli) müştərək travmalarla Elmi-Tədqiqat Travmatologiya İnstitutuna hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Chosen
99
6
buta.tv

7Sources