"2030-cu ilə qədər rasizmlə bağlı vəziyyət düzəlməsə, həmin ildə keçiriləcək dünya çempionatın heç bir oyunu İspaniyada təşkil edilməməlidir".
Fanat.Az xəbər verir ki, bunu "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior deyib.
CNN-ə danışan cənubi amerikalı cinah hücumçusu dəfələrlə üzləşdiyi irqçiliyin digərlərinin də başına gələ biləcəyini vurğulayıb:
"Hələ vaxt çoxdur və bu müddətdə çox şeyi dəyişşmək mümkündür. Ümid edirəm ki, İspaniya rasizmə son qoyulması yönündə ciddi addımlar atacaq. İnsanları dərisinin rənginə görə təhqir etməyin nə dərəcədə ciddi problem olduğunu hamı anlamalıdır. Yox, bunun öhdəsindən gəlmək mümkün olmasa, dünya çempionatının yeri dəyişdirilməlidir. Futbolçuların özünü təhlükəsizlikdə hiss etməsi çox önəmlidir".
Xatırladaq ki, DÇ-2030-un oyunları İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq. Eləcə də Uruqvay, Argentina və Paraqvay kimi ölkələrin hərəsində sözügedən turnirin 1 oyunu reallaşacaq.
Nihat