EN

Ukrayna xarici işlər naziri Kuleba istefa ərizəsi yazdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.

Bu barədə Ali Radanın sədri Ruslan Stefançuk özünün sosial şəbəkə hesabında paylaşım edib.

Ruslan Stefançuk Dmitri Kulebanın istefa ərizəsinin fotosunu paylaşıb. Kuleba istefa ərizəsini Ali Radaya təqdim edib.

Bununla yanaşı baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk, eləcə də hökumət başçısının Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina vəzifələrindən ayrılmaq haqqında ərizə veriblər.

Spikerin sözlərinə görə, müraciətlərə qanunverici orqanın plenar iclaslarından birində baxılacaq.

Bu arada, Ali Radanın deputatı Aleksey Qonçarenko Olqa Stefanişinanın ədliyyə naziri təyin olunacağı barədə ehtimal irəli sürüb. Deputat bildirib ki, bu postda da onun Avrointeqrasiya prosesləri ilə məşğul olacağı gözlənilir.

Xatırladaq edək ki, dünən ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.

APA

Chosen
112
19
yenigundem.az

10Sources