EN

“Məni çuxurdan çıxardılar, onlar olmasaydı ölərdim”

Müğənni Vüsal Hacıyev şəxsi həyatı ilə bağlı çox maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni teleproqramlardan birində bir neçə il öncə Hepatit C xəstəliyinə yoluxduğunu, buna görə də bir çox dostlarının ondan üz çevirdiyini deyib.

"2012-ci ildə qanımdan analiz verərkən təsadüfən qorxulu virus aşkarlandı. Hamı məndən uzaq durmağa çalışırdı. Bunu hiss etmək ürəyimi ağrıdırdı. Ağır günlər keçirdim.

Gedib bir il İranda qaldım.Yalnız anamla atam yanımda oldu. Onlar olmasaydı, yəqin ki, həyatda olmazdım. Məni çuxurdan çıxardılar", -  müğənni bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
83
3
milli.az

4Sources