EN

“Əsasnamə ATƏT-in təlimatlarına uyğundur” – Qriqor Minasyan

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni (reqlament) təsdiq edəcək.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.

O bildirib ki, təsdiqdən sonra sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək.

“Azərbaycan reqlamentin təsdiqi prosesinə başlayıbmı?” sualına cavab olaraq nazir verilən açıqlama ilə kifayətlənməyin düzgün olacağını söyləyib:

“Bununla bağlı verdiyimiz açıqlamalarla kifayətlənmək düzgün olardı. Elə bir reqlament var ki, cümə axşamı hökumət tərəfindən beynəlxalq müqavilə layihəsi kimi təsdiqlənəcək və Konstitusiya Məhkəməsinə göndəriləcək. Hesab edirəm ki, bu, konsensual və yüksək keyfiyyətli sənəddir və ATƏT-in təlimatlarına uyğundur”.

Xatırladaq ki, Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Ermənistan hökuməti sentyabrın 2-də sərhədin delimitasiya komisssiyalarının birgə fəaliyyətinin nizamnaməsini dərc edib.

Aygün Mirakif,

KONKRET.az

Chosen
115
konkret.az

1Sources