EN

Bu avtodayanacaqlarından istifadə ödənişsizdir- RƏSMİ

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsi üçün açıqdır.

ADY-dən bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
13
anews.az

10Sources