EN

Ermənistan Kazanda BRICS sammitində iştirak edəcək

Bakı. Trend:

Ermənistan oktyabrda Rusiyada keçiriləcək BRICS təşkilatınınsammitində iştirak edəcək.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanxarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdəjurnalistlərə bildirib.

"Bəli, Ermənistan tərəfi iştirak edəcək", - deyə o, jurnalistinsualına cavab verib.

Böyük sammit oktyabrın sonunda Kazanda keçiriləcək.

Daha əvvəl Rusiya rəsmiləri bildiriblər ki, sammitə MDBölkələrinin liderləri dəvət olunublar. Sammitə təşkilata üzvolmayan bir sıra ölkələrin liderləri də gələcəklər. TədbirdəTürkiyə prezidentinin iştirakı da təsdiqlənib.

Chosen
63
az.trend.az

1Sources