86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sentyabrın 4-də keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
"Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq".
Müəllif: Əsəd Məmmədəliyev