EN

Putin Çjenlə görüşdə tərcümə üçün “köhnə üsul”dan istifadə etdi (VİDEO)

Rusiya prezidenti Vladimir Putin Çinin sədr müavini Han Çjenlə görüşdə nasazlıq səbəbindən sinxron tərcüməçi dəvət edib. 

Qaynarinfo xəbər verir ki, söhbətdən bir parçanı jurnalist Pavel Zarubin öz Telegram kanalında dərc edib.

Söhbət zamanı Putin Çin nümayəndə heyətindən tərcümənin davam edib-etmədiyini soruşub. Texniki xidmət heyəti Han Çjenin xüsusi cihazının xarab olduğunu bildirib. Sonra sədr müavini üçün tərcüməçini dəyişməyə çalışıblar, amma xeyri olmayıb. Nəticədə Rusiya prezidenti zala sinxron tərcüməçi çağırıb və bunun sayəsində söhbət davam edib.

"Biz köhnə üsuldan istifadə edəcəyik... Bu, daha etibarlıdır”, - dövlət başçısı bildirib.

Putin və Han arasında danışıqlar Şərq İqtisadi Forumu (EEF) çərçivəsində baş tutub. 

Alpər

Chosen
74
qaynarinfo.az

1Sources