EN

ABŞ-da məmur Çinə casusluğa görə həbs edildi  

ABŞ Prokurorluğu Nyu-Yorkun keçmiş qubernatoru Endryu Kuomonun və hazırkı ştat rəhbəri Keti Hokulun köməkçisi olan Linda Sunu casusluqda ittiham edib.

Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.

Məlumatda qeyd edilir ki, məmurlar Sun və əri Kris Hu-nu dünən səhər Long Islanddakı evlərində həbs ediblər.

İttiham tərəfi hesab edir ki, Sun Çin hökuməti üçün casusluqla məşğul olub.

Nyu-York qubernatoru Hokulun ofisi Sunu "vəzifə cinayətlərini aşkar etdikdən" sonra işdən çıxardığını bildirib.

Musavat.com

Chosen
123
musavat.com

1Sources