EN

MTK-lar kommunal xidmətlərə görə ödənişi özbaşına artıra bilər? – EKSPERTDƏN AÇIQLAMA

MTK-lar özbaşına kommunal xidmətlərə görə ödənişi artıra bilər? – EKSPERTDƏN AÇIQLAMA

Ölkənin bir çox yeni tikililərində göstərilən xidmətlər müqabilində kommunal ödənişlərin məbləği artırılıb. Bununla əlaqədar olaraq sakinlərlə MTK-lar arasında son dövrlərdə mübahisələr və məhkəmə çəkişmələrinin sayı artmaqdadır.

Paytaxtın Nizami rayonunda yerləşən “Arko” və “Pronto” Mənzil-Tikinti Koorparativlərinin sakinləri Avtosfer.az-a şikayət edərək bildiriblər ki,  yaşadıqları binanın sahibi olan şirkət “zibilpulu” adı altında xidmətlər üçün ödənilən kommunal ödənişin məbləğini artırıb.

Belə ki, əvvəllər 32 qəpikdən hesablanan “zibilpulu” növbəti aydan etibarən 45 qəpik olaraq hesablanacaq. Bununla da vətəndaşlar daha əvvəl kommunal xidmətlərə görə 24 manat ödəyirdisə, növbəti aydan 31 manat olaraq ödəməli olacaqlar. Məbləğin bu qədər artırılması isə sakinlərin haqlı narazılığına səbəb olub.

Məsələ ilə bağlı iqtisadçı ekspert Əli Əhmədov saytımıza açıqlamasında bildirib ki, idarəedici şirkət, yaxud sahibkar belə xidmətlərin qiymətlərinə dəyişiklik etdikləri zaman bina sakinləri ilə razılaşdırmaqları mütləqdir.

“Artırılan qiymət əsaslandırıldıqdan sonra binanın bütün sakinləri ilə razılaşdırılmalı və buna uyğun da xidmət göstərilməlidir. Qanunvericilikdə qeyd edilir ki, MTK-larda xidmət göstərən şirkətləri yalnız sakinlər müəyyən etməlidir. Bunun üçün belə yaşayış yerlərində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) adlı təşkilatlanmalar da yarada bilərlər. Bu təşkilat sakinlərin hər birinin daxil olduğu cəmiyyət olmalıdır. Həmin kiçik qurumun özü binaya xidmət edən şirkəti seçir. Bununla bağlı müsabiqə də elan edilə bilərlər. əgər bina sakinləri belə xidmətlər təklif edən şirkətlərlə razılığa gələ bilməsələr, o zaman MTK-lar binanı təhvil verdikdən 6 ay sonra yerli bələdiyyələr tərəfindən müsabiqə elan edilə və uyğun şirkət tapıla bilər. Şirkət tapıldıqdan sonra onların təklif etdiyi və sakinklərin təklif etdiyi məbləğdə ortaq məxrəcə gəlmək mütləqdir.

Bununla yanaşı bir çox idarəçi şirkətlər var ki, onlar binaların idarəetməsini götürürlər və müqqavilə imzalanadıqdan sonra binanın görünüşü, təmizliyi, mühafizəsi ilə bağlı məsələlərin hər birini öz üzərinə götürürlər”.

İqtisadçı ekspert sonda onu da vurğulayıb ki, MTK-ların idarəetmə formasından narazı olan sakinlər özləri bütün binanın idarəetməsinə nəzarət etdikləri zaman həmin ərazi ilə bağlı narazılıqların aradan qalxdığı son dövrlərin təcrübəsində müşahidə olunub.

Səfər

Chosen
115
avtosfer.az

1Sources