Şimali Koreya lideri Kim Çen Inın ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam etdirdiyi iddia edilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya mediası kəşfiyyat mənbələrinə əsasən məlumat yayıb.
Sözügedən məmurların kimliyi açıqlanmayıb. Onların korrupsiya və “vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirildiyi bildirilir.
Xatırladaq ki, iyulun 27-dən etibarən ölkənin Çin sərhədinə yaxın bölgələri güclü yağışlara məruz qalıb, daşqınlar bir çox bölgələrdə maddi ziyana səbəb olub.
Kim Çen In hakimiyyəti təbii fəlakətdən sonra qabaqlayıcı tədbirlər görməməkdə günahlandırıb. O, güclü yağış, daşqın kimi fəlakətlərə qarşı daha əvvəl dəfələrlə müvafiq dövlət qurumlarını xəbərdar etdiyini bildirib: “Fəlakətlərin qarşısının alınması üçün işlərə hələ lazımi əhəmiyyət verilməyib. Mühüm vəzifələrdə çalışan məmurların tənbəlliyi, şəxsi maraqları çox ciddi həddə çatıb”.