EN

Torpaq sürüşməsi: fövqəladə vəziyyət elan edildi

Amerikanın Kaliforniya ştatının qubernatoru Gevin Nyusom Ranço Palos Verdes şəhərində fövqəladə vəziyyət elan edib.Mediaxeberleri.Az xəbər verir ki, Los-Ancelesdən təxminən 50 kilometrlik məsafədə yerləşən şəhərdə sürüşmələr yaşayış məntəqələrinə və elektrik xətlərinə təhlükə yaradır. Burada 100-dən çox evin sakinləri təxliyə olunub.İctimai təhlükəsizlik təhdidi üzündən 140 evdə elektrik enerjisinin verilməsi dayandırılıb. Bildirib ki, daha 105 binada elektrik enerjisi kəsiləcək.Evləri sürüşmə yaxınlığında yerləşən insanlara bazar günü bu rayonu tərk etmək tövsiyə olunub.Evlər, yollar və infrastruktur artıq onilliklər ərzində yer dəyişən sürüşmədən zərər çəkib. Sürüşmə 2023-cü ilin yazında güclü yağışlardan sonra sürətlənib. Son ildə sürüşmələrin sayı kəskin şəkildə artıb. Bəzi sahələr həftədə 25 santimetr hərəkət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
27
mediaxeberleri.az

10Sources