İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər - Ümid Abbasov və Orxan Fətullayev müxtəlif bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.