EN

"Futbolçularımızda qələbə arzusu görürəm" -Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis belə danışıb:

"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə arzusu görürəm. Rəqib komandanın son 4 oyununu izləmişik. Onların zəif nöqtələrini özümüz üçün müəyyənləşdirməyə çalışdıq. Bununla belə, onların üstün cəhətləri də var. Futbolçularımıza əsasən izah olundu ki, rəqib komanda hücuma çıxarkən necə müdafiə olunmalıyıq".

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
50
fanat.az

10Sources