EN

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

İtaliya

Roma, 4 sentyabr, AZƏRTAC

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

AZƏRTAC xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb. Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb. Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Qayığın sentyabrın 1-də Liviyadan yola düşdüyü bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
125
6
azertag.az

7Sources