EN

Bəzi avtobusların sürücüləri öz yolları ilə getmək istəmirlər? - Rəsmi AÇIQLAMA VİDEO

Avtobus zolağı var, ancaq ictimai nəqliyyat vasitəsi digər avtomobillər üçün nəzərdə tutulan yol ilə hərəkət edir...

Xezerxeber.az xəbər verir ki, nəqliyyat eksperlərinin sözlərinə görə, məsələnin daha geniş hal almaması üçün inzibati xətalar məcəlləsinə  dəyişiklik edilməlidir.

Məsələ ilə bağlı  Baş dövlət Yol Polisi idarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, nişanlanma xəttini pozan şəxslər cərimə olunur.

Yerüstü Nəqliyyat Agentliyindən isə qeyd edildi ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar. Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
129
50
xezerxeber.az

10Sources