EN

Lavrovun vəzifəsi mürəkkəbləşdi- Ermənistana sübut edilməlidir ki, 10 noyabr sənədi...

Image

Yadigar Məmmədli: “Ermənistan konkret olaraq 9-cu bəndə qarşıdır və bütün həngamə bunun üstündədir”

Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistanın prosesləri ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Bu sözləri Sergey Lavrov MDBMİ-də çıxışı zamanı Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlərdən danışarkən deyib. 

“Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Prezidentlər Putin, Əliyev və Baş nazir Paşinyan tərəfindən 2020-ci il noyabrın 9-da imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil yolu ilə hərəkət bərpa olunacaq. Onun mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin edəcək. Və mən bu yaxınlarda Baş nazir Paşinyanın Ermənistanın prosesi ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə yoldan imtina etdi və yalnız dəmir yoluna sahib olmaqda israr etdi. Azərbaycan buna heç bir səbəb görmədi, amma bizim vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərin iştirakı olmayacaq, halbuki bu (sazişdə) açıq-aydın yazılıb. Dedim, bu bizə aydın deyil. "Biz bunu özümüz edəcəyik", - dedilər”, - o bildirib.

Sözügedən məsələlərin fonunda, əgər Ermənistan bütün bunlarla 10 noyabr sənədinin qüvvədən düşdüyünü sübut etmək və dünyaya göstərmək istəyirsə, onda belə şəraitdə Rusiya nə etməlidir? Yəni Rusiya göstərsin ki, 10 noyabr sənədi qüvvədən düşməyib və hələ də fəaliyyətdədir. Çünki Lavrov deyir ki, Ermənistan əvvəlcə avtomobil yolundan imtina etdi, sonra təhlükəsizliyə özü nəzarət edəcəyini dedi. Bu elə 10 noyabr sənədindən imtinadır. Sübut etməyə çalışmaqdır ki, 10 noyabr sənədi qüvvədən düşüb. Belə şəraitdə Rusiya 10 noyabr sənədinin qüvvədən düşmədiyini göstərmək üçün nə etməlidir? Ümumiyyətlə, bu gün proses bu istiqamətdə gedir. Ermənistan çalışır ki, 10 noyabr sənədinin qüvvədən düşdüyünü sübut etsin. Rusiya da buna cavab olaraq sübut etməlidir ki, 10 noyabr sənədi qüvvədən düşməyib. O baxımdan Rusiya bununla bağlı konkret nə etməlidir? 

“Moskva 10 noyabr sənədinin qüvvədə qalmasını istəyirsə, İrəvana konkret iqtisadi və hərbi təzyiqlər etməlidir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, Rusiya 10 noyabr sənədinin qüvvədən düşmədiyini göstərmək istəyirsə İrəvana real təzyiqlər etməlidir: “Bəli, Ermənistan hər vasitə ilə bu sənədi qüvvədən salmağa çalışır. Çünki hesab edir ki, bir bənd xaric, digər məsələlər öz həllini tapıb. Ermənistan konkret olaraq 9-cu bəndə qarşıdır və bütün həngamə bunun üstündədir. Rusiya isə Zəngəzurdan keçən yola nəzarət məsələsinə ölüm-qalım məsələsi kimi baxır. Moskva hesab edir ki, bunu əldən versə, sabah Ermənistan Gümrüdəki 102-ci bazanın ləğvi məsələsini gündəmə gətirəcək. Nəinki Rusiya hərbi bazalarının çıxarılmasını, o cümlədən Ermənistanın Türkiyə və İranla sərhəddə yerləşən rus sərhədçilərin də çəkilməsi məsələsini qaldıracaq. Onları Fransa əsgərləri ilə əvəzləyəcək. Ermənilər üçün satılmaq su içmək kimi bir şeydir. Məhz bütün bunların fərqində olduğu üçün Rusiya narahatdır. O zaman, Moskva 10 noyabr sənədinin qüvvədə qalmasını istəyirsə, İrəvana konkret iqtisadi və hərbi təzyiqlər etməlidir. Xüsusən də Rusiyanın iqtisadi təzyiq rıçaqları daha böyükdür. Onları azacıq işə salmaq kifayətdir ki, bu, Ermənistana öz təsirini göstərsin. Ancaq hələ ki, biz bunun əlamətlərini görmürük”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
baki-xeber.com

1Sources