EN

Günün qoroskopu: Ciddi uğurlar sizi gözləyir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - işlərinizdə yaranan problemlər ilk baxışda göründüyü qədər ciddi deyil. Ən xırda çətinlikləri ürəyinizə salmayın. İşdə rəhbərliklə mübahisə dəf olunmayacaq sədd təsiri bağışlamasın.

Az sonra anlayacaqsınız ki, eyni məqam barədə müxtəlif sözlərlə danışıbsınız.

İndiyədək əsla müttəfiq saymadığınız həmkarınız günün ikinci yarısında sizi dəstəkləyəcək. Romantik görüşlər və dostlarla təmaslar üçün əlverişli zamandır. Az danışdığınız insanlarla təmaslar pozitiv emosiyalar bəxş edəcək.

Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Çətinliklər olsa da, onların öhdəsindən gələcəksiniz. Xeyli əvvəl yerinə yetirdiyiniz iş üçün mükafat və ya ödəniş alacaqsınız. Borc qaytarılacaq, maliyyə durumunuz yaxşılaşacaq.

Yeni məlumat və informasiya əldə edin, bilik və bacarıqlarınızı artırın.

Günün ikinci yarısında hadisələrin məcrasına kobud müdaxilə etməyin. Olaylar öz ardıcıllığı ilə cərəyan etsin. Qətiyyətli olsanız, mövqelərinizdən geri çəkilməsəniz, daha yaxşı nəticələr verə bilər.

Mübahisələrdən qalib çıxmağa çalışın.

Əkizlər - güclü rəqiblə toqquşmalı olacaqsınız. Mübarizə ədalətli olarsa, qalib gələ bilməyəcəksiniz. Hiyləgərlik edin. Zərərsiz, amma fəndgir sxem qurun və effektiv irəliləyişə nail olun.

Həll olunmuş saydığınız problemlərdən biri yenidən gündəmə qayıda bilər.

Günün ikinci yarısında mübahisələrə qatılmayın. Fəsadlar çox ağır ola bilər.

Yaxınlarınız sizə yardım edəcək, ehtiyac duyduğunuz mənəvi dəstək verəcəklər. Bir şərtlə ki, problemlərin və qayğılarınız barədə çəkinmədən, səmimiyyətlə danışasınız. Ailə münasibətləri və şəxsi yaşamdakı problemlərin qarşısını almaq üçün səmimi olmağa çalışın.
 

Xərçəng - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Ən cəsur gözləntiləriniz doğrula bilər. Başladığınız işlərdə qətiyyətli olun. Yeni layihələr uğurlu olacaq.

Karyera və maaşla bağlı məsələlərin müzakirəsi məhsuldar olacaq. Yeni gəlir mənbəyi tapa bilərsiniz.

Günün ikinci yarısında heç bir məntiqi səbəb olmadan əhvalınız pisləşə bilər. Emosional fon stabil deyil. Soyuqqanlı və təmkinli olun. Mənfi emosiyaların təsirinə uyaraq yaxınlarınızla münaqişə etməyin.

Şir - gərgin, çətin gündür. Yaşananlara rəğmən bədbinliyə qapılmayın, soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədləri saf-çürük edin, hədəfləri konkretləşdirin. Prioritetləri seçin. Dostları bədxahlardan ayırın. Haqlı olduğunuzu düşünürsünüzsə, mövqelərinizdən əsla geri çəkilməyin.

Günün ikinci yarısında hər xırda işə görə şübhələnməyin.

Qüvvənizə tam əmin olsanız da, dəstək və yardıma ehtiyacınız var. Güclü və zəif yönlərinizə yaxşı bələd olan köhnə dostlardan yardım alacaqsınız. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.
 

Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Tənbəllik və süstlük etməyin. Uğur qazanmaq üçün aktiv olmağınız gərəkdir. Qəfil gəlirlər, planlaşdırılmamış sərfəli anlaşma və ya müqavilə istisna deyil. İşgüzar intuisiyanıza təcrübəli biznesmenlər də həsəd apara bilər.

Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Bunun üçün izafi səy göstərmək gərək deyil. Hər şey yaxşı olacaq. Sevdiyiniz insan sizi anlayacaq.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - ötən həftənin əvvəlində yaranmış problemin əks-sədası hiss olunur. Soyuqqanlı, təmkinli davranın. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz işgüzar təkliflər istisna deyil.

Günün ikinci yarısında iş yerini dəyişmək imkanları yaranacaq. Seminar və ya konfranslara qatıla bilərsiniz. Faydalı tanışlıqlar olacaq.

Ailədə ixtilaf və münaqişələrin qarşısını almaq üçün mühüm məsələləri müzakirə edin. Yekun qərara tələsməyin, vaxtınızı boş mübahisələrə sərf etməyin.

Ailə üzvlərini sevindirin.
 

Əqrəb - yeni məlumatlar və xoş sürprizlər istisna deyil. Təxəyyülünüz sərhəd tanımır. Bilik və bacarıqlarınızdan praktiki qaydada istifadə edin. Yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləmsələr də, yolunuzdan geri çəkilməyin.

Günün ikinci yarısında müttəfiqlərlə tanışların sayı artacaq.

Alış-verişdə bədxərclik etməyin. İzafi xərclər ciddi problemlər yarada bilər. Yaxşı məsləhətləri qulaqardına vurmayın.

Oxatan - qarışıq, mübahisəli gündür. Sədləri dəf etməli olacaqsınız. Darıxmağa vaxtınız olmayacaq. Aktiv çalışmayıb tənbəllik etsəniz, çox kiçik nəticələrə nail olacaqsınız.

Önəmli saydığınız sahədə günün ikinci yarısında irəliməyə can atın. Qüvvələrinizi qoruyun, ehtiyatlı davranın. Sevdiyiniz işlə məşğul ola bilərsiniz.

Axşam saatlarında xoş görüşlər istisna deyil. Qəfil romantik təmaslar gözləntilərinizdən də yaxşı effekt verə bilər. Mühüm qərarların zamanıdır. Yaşamınızda yeni səhifə vaxtıdır.

Oğlaq - uğurlar vəd edən gündür. Qeyri-adi və yaddaqalan hadisələr olacaq. Təmaslarınızda diqqətli davranın, sayıqlığı əldən verməyin. Bədbinlərlə ünsiyyətdə ruhdan düşməyin. Belə olarsa, siz də bədbin olacaqsınız. Halbuki nikbin insanlarla görüş əhvalınızı yaxşılaşdıra bilər.

Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Sevdiyiniz insanların niyyətlərini anlayın. Təşəbbüsünüz dəstəklənəcək. Ən cəsur ideyalarınızı reallaşdıra bilərsiniz.

Dolça - ötən günlərdə yaranan problemlərin fəsadları günün ilk yarısında təzahür edəcək. İşlər pis olmayacaq. Peşəkar fəaliyyət müstəvisində önəmli irəliləyişlərə nail olacaqsınız. Ciddi uğurlar sizi gözləyir.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz.

Sevdiyiniz insanla təmasların harmonik olmasına can atın. Sərtlik və inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın.

Axşam saatlarında qəfil etiraflar ola bilər.

Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Maliyyə məsələsində müəyyən problemlər var. Soyuqqanlı olun, tələskənlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmə və anlaşma üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında həmkarlar və ya tərəfdaşlarla birgə fəaliyyət uğur vəd edir. Müttəfiqlər nə qədər çox olarsa, yaxşıdır.

Axşam saatlarında qohumlarla ünsiyyətdə olun. Ailəvi tədbirlər və ya şəhəri tərk edərək təbiət qoynuna yollanmaq üçün pis zaman deyil. Əhvalınızı yaxşılaşdırın.

Normal istirahət edin.
 

Milli.Az

Chosen
138
50
milli.az

10Sources