Bakı, 5 sentyabr, AZƏRTAC
Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcıları ilk dəfə NATO-nun illik nüvə hücumunun qarşısının alınması məqsədilə keçirəcəyi “Steadfast Noon” təlimlərində iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı məlumat verib.
Təlimlər oktyabrın 14-dən 24-dək Böyük Britaniya, Danimarka və Niderlandın hava məkanında keçiriləcək.
Finlandiya Prezidentinin Ofisi və Müdafiə Nazirliyi şərh verməkdən imtina edib. NATO-dan bildirilib ki, manevrlərdə iştirak edənlərin siyahısı daha sonra açıqlanacaq.