İraqlı astrofotoqraf Dariy Kava Mirza Ayın indiyədək çəkilmiş ən təfərrüatlı şəklini hazırlayıb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, möhtəşəm fotoşəkil və onun fraqmentləri fotoqrafın sosial şəbəkə hesabından paylaşılıb.
Ümumi şəkli əldə etmək üçün Mirzaya dörd gün ərzində fasiləsiz müşahidə və çəkiliş aparmaq lazım gəlib. Nəticədə, 708 giqabayt həcmində və 81 000-dən çox kadrdan ibarət fotosu yaranıb. Yerin təbii peykinin dörd fərqli fazasının birləşdirilməsi və kölgə ərazilərinin ümumiləşdirilməsi sayəsində Ay səthinin maraqlı relyefi aşkar edilib.
Yaradılmış şəklin ümumi görüntüsü 159.7 meqapiksel təşkil edir. Bu, Ayın indiyədək çəkilmiş ən yüksək keyfiyyətli və həcmli şəkli hesab olunur.
Qeyd edək ki, bu fotoşəkildə süni intellektdən istifadə olunmayıb.