EN

“İsgəndər-M”də 27 Amerika detalı tapıldı: Rusiya bu raketlərlə Ukraynanı vurur...

Onların tərkibində İsveçrədən gələn komponentlər də var...
 
Avropadan məhsullar Rusiyaya Türkiyənin “Enütek Makina” şirkəti vasitəsilə gəlir?..
 
İşğalçıların Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Rusiyaya məxsus “İsgəndər-M” raketlərinin tərkibində Qərbdə istehsal olunmuş onlarla hissə var. Rusiya Federasiyası sentyabrın 3-də Poltavaya analoji raketlə zərbə endirib.
 
Moderator.az  "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "UA War Infographics" layihəsinin yeni infoqrafikasında deyilir. Qeyd olunur ki, Rusiyanın “İsgəndər-M” raketindəki 27 detal Amerikaya məxsusdur. Digər 4 hissə İsveçrə, ikisi Tayvan, biri isə Yaponiya mənşəlidir.
“Poltavaya atılan raketdə xüsusi olaraq Amerika hissələrinin olub-olmaması ictimaiyyətə açıqlanmayıb. Amma bu, sanksiyalardan yayınmağa qarşı mübarizəni necə gücləndirmək barədə düşünmək üçün əsasdır. Qərb detalları hətta 2023-cü ildə istehsal olunan silahlarda da tapılıb”, - məlumatda belə deyilir.
 
Rusiya silahlarında Qərb detalları tapılması haqda öncəki məlumatlar:
 
İranın "Şahed-136" pilotsuz təyyarələrində Polşa hissələrinin tapılmasından sonra Polşada qalmaqal yaranıb. Xüsusən də Rusiya Federasiyası bu dronlarla demək olar ki, hər gecə Ukrayna şəhərlərini terror edir.
 
"Le Monde" Rusiya Federasiyasının Qərbdən tanklar, dronlar və raketlər üçün komponentlər almağa davam etdiyini bildirib. Avropadan məhsullar Rusiyaya Türkiyənin “Enütek Makina” şirkəti vasitəsilə gəlir.
 
Bundan əlavə, "The Guardian" 2023-cü ildə yazıb ki, Rusiya elektron müharibə avadanlıqlarında Britaniya şirkətlərinin texnologiyalarından istifadə edir.
 
Bu məhsulların istehsalı, digərləri ilə yanaşı, o zaman Böyük Britaniyanın sanksiyalarına məruz qalmayan Rusiya şirkətləri tərəfindən həyata keçirilib...
 
S.Laçın
Chosen
180
50
moderator.az

10Sources