EN

Buna Zelenski qərar verir, ABŞ deyil - Kirbi

Vaşinqton Kiyev hakimiyyətinə hökumətdəki kadr dəyişiklikləri ilə bağlı məsləhət vermir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Xeyr, biz onların demokratiyasını necə idarə etmələri ilə bağlı məsləhətlər vermirik. Buna Ukrayna prezidenti Vladimir Zelenski qərar verir. Buna Ukrayna xalqı qərar verir", - o, bununla bağlı sualı cavablandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
75
3
milli.az

4Sources