EN

“Cinayət işinin materiallarını oxuyurlar” –Baş Prokuror Qarabağ separatçılarından danışdı

Azərbaycanın baş prokuroru Kamran Əliyev Bakıda həbsdə olan Qarabağ separatçılarının rəhbərlərinin cinayət işi ilə bağlı danışıb.

Azpost.info bildirir ki, Baş prokuror News.ru-ya müsahibəsində istintaqın gedişini şərh edib.

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”-deyə K.Əliyev vurğulayıb.

Chosen
75
azpost.info

1Sources