Balakən rayon sakini özünü bıçaqlayaraq öldürüb.

Leqal.info xəbər verir ki, Kortala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Tahirov dünən yaşadığı evdə mətbəx bıçağı ilə boğaz nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info