EN

Tailanda xam neft məhsullarının ixracı kəskin artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Tailanda 234,2 milyon ABŞ dolları dəyərində 376,8 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 8,9 dəfə və ya 208,1 milyon dollar, həcm baxımından isə 7,7 dəfə və ya 328,1 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində ölkədən ümumilikdə 9,2 milyard dollar dəyərində 14,69 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tailand 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,56 faizi məhz bu ölkənin payına düşüb.

Chosen
133
1
vergiler.az

1Sources