EN

Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 25 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 53 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 236 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 46 % çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Chosen
78
2
sia.az

3Sources