EN

İtaliya-Azərbaycanmünasibətlərinin inkişafı milli maraqlarımıza uyğundur- ÖZƏL

"Azərbaycan və İtaliya münasibətləri kifayət qədər yüksək səviyyədədir. İtaliya hazırda Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən dövlətlərin sırasına daxildir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Yalnız o faktı xatırlatmaq yetərlidir ki, bir müddət öncə Fransa Azərbaycana qarşı qərəzli bəyanat yayarkən, İtaliyanın Xarici İşlər Nazirliyi Fransanı Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tutmaqda qınamışdı. Bu baxımdan İtaliya Azərbaycana kifayət qədər proqmatik yanaşan və tərəfdaşlıq səviyyəsində münasibətlər quran ölkədir. İtaliya Azərbaycanın enerji resurslarının əsas alıcıları sırasına daxildir. İtaliya Azərbaycanla hərbi ticarət sahəsində də geniş əməkdaşlıq edir. BMT səviyyəsində də Azərbaycan İtaliyanın dəstəyini vaxtaşırı hiss edir. Bütün bunları nəzərə alanda, İtaliya Avropa məkanında Azərbaycan üçün olduqca önəmli tərəfdaşdır. İtaliya ilə Azərbaycanın münasibətlərinin bundan sonra da inkişaf etməsi Azərbaycanın milli maraqlarına tamamilə uyğundur".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
89
olaylar.az

1Sources