Belarusun Qomel şəhərində vurulan pilotsuz təyyarənin qalıqlarının anbara düşməsindən sonra bina yanıb.
News365.az xəbər verir ki, bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Pilotsuz aparatın düşdüyü ehtimal edilən Qomelin 8-ci İliç zolağındakı kərpicdən ibarət anbar binası yanıb", - məlumatda qeyd edilib.
Fövqəladə Hallar Nazirliyi yanğının artıq söndürüldüyünü, xəsarət alan olmadığını qeyd edib. Ümumilikdə yanğın 5 kvadratmetr dam örtüyünə ziyan vurub.
Xatırladaq ki, Belarus ordusu dünən gecə bir neçə PUA-nı vurması barədə məlumat yaymışdı.
Tural