RU

Belarus ordusunun vurduğu PUA anbarı yandırdı

Belarusun Qomel şəhərində vurulan pilotsuz təyyarənin qalıqlarının anbara düşməsindən sonra bina yanıb.

News365.az xəbər verir ki, bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Pilotsuz aparatın düşdüyü ehtimal edilən Qomelin 8-ci İliç zolağındakı kərpicdən ibarət anbar binası yanıb", - məlumatda qeyd edilib.

Fövqəladə Hallar Nazirliyi yanğının artıq söndürüldüyünü, xəsarət alan olmadığını qeyd edib. Ümumilikdə yanğın 5 kvadratmetr dam örtüyünə ziyan vurub.

Xatırladaq ki, Belarus ordusu dünən gecə bir neçə PUA-nı vurması barədə məlumat yaymışdı.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
news365.az

1Источники