Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.
Redaktor.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyəti zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.
Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️