EN

"SUN” markası növbəti maarifləndirmə layihəsini reallaşdırdı

Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” şəxsi gigiyena mövzusunda maarifləndirmə layihələrini davam etdirir.

Publika.az xəbər verir ki, layihə çərçivəsində Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran, Astara, Masallı rayonlarında, Sumqayıt və Bakı şəhərləri ətrafı kənd və qəsəbələrdə 20 min evə gedilib.

Adıçəkilən markanın heyəti həkimlərlə birgə qapı-qapı gəzərək, su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilmədikdə yaranan xəstəliklər və fəsadları barədə kənd əhalisini məlumatlandırıb.

Ziyarət olunan evlərdə “SUN” tualet kağızı olsa da, əhalinin bir qisminin ümumiyyətlə bu məhsuldan istifadə etmədiyi və ya keyfiyyəti çox aşağı olan sərt kağızlardan istifadə etdiyi məlum olub.

Chosen
48
12
publika.az

10Sources