EN

Azərbaycanda rabitəçilərin sayı 15,7 min nəfəri keçib

Bu ilin ilk yarısında rabitəçilərin sayında illik müqayisədə cüzi artım müşahidə olunub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda bu sahədə çalışan işçilərin sayı 15 min 707 nəfər olub.

2023-cü ilin yanvar-iyun ayları müqayisədə işçilərin sayında 677 nəfər və ya 4,5% artım baş verib.

Bildirək ki, ötən ilin ilk yarısında rabitəçilərin sayı 15 min 030 nəfər idi.

Hesabat dövründə dövlət sektorunda çalışanların sayı 106 nəfər (1,3) artaraq 8 min 327 nəfərə yüksəlib. Özəl sektorda isə 571 nəfər (8,4%) artım baş verib və 7 380 nəfər təşkil edib.

Chosen
60
fed.az

1Sources