EN

Zelenski bu ayın sonunayeni uğurlarvəd edib

AzVision.az xəbər verir ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhənin hər bir hissəsi ilə bağlı, xüsusən də Pokrovsk, Toretsk və Kuraxovski istiqamətləri barədə məruzəsini dinlədiyini bildirib. Rusiyanın Kursk vilayətində gedən hərbi əməliyyatlara ayrıca toxunulduğunu deyən Ukrayna prezidenti onların məhz Kiyevin müəyyənləşdirdiyi bütün məqsədlərə uyğun şəkildə aparılmasının çox vacib olduğunu söyləyib.

Volodimir Zelenski “təkcə Ukraynanın deyil, bütün Avropada, bütün dünyada bu müharibəyə real son qoymağa çalışan və təhlükəsizliyin möhkəmlənməsi üçün real birgə iş aparan hər kəsin mövqeyinin gücləndirilməsi, bu təhlükəsizliyin bir də dağıdılmaması üçün” Qərb liderləri ilə mühüm görüşlər keçirəcəyini açıqlayaraq, bu ayın sonunadək uğurlar və nəticələr vəd edib.

“Bu, ilk növbədə, hava hücumundan müdafiəyə, cəbhədəki və yenidənqurma imkanlarımıza aiddir”, - Ukrayna prezidenti deyib.

Volodimir Zelenskinin videomüraciətindən bir qədər sonra Kiyevin Qərbdəki müttəfiqlərdən ilk növbədə kiminlə məsləhətləşmələr apardığı bəlli olub.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Kiyevə səfər edən ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Con Fayner Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmi şəxslərlə görüşüb. Cəbhədəki vəziyyətlə və gələcək strategiya ilə bağlı ukraynalı hərbçilərlə 1,5 saatlıq görüş keçirən Fayner, həmçinin Rusiyanın Kursk vilayətində Ukrayna qoşunlarının hücumunun gedişatı barədə məlumatlarla tanış olub.



“Kiyevdə olarkən Con Fayner prezident Zelenski və digər əsas Ukrayna rəsmiləri ilə prezident Co Baydenin səlahiyyət müddətinin qalan hissəsi ərzində strateji planlaşdırmanı əlaqələndirmək üçün görüşmək imkanı əldə edib. Biz bu görüşlərdən ABŞ-nin Ukraynaya hərbi, iqtisadi və enerji sahələrində, o cümlədən digər sahələrdə yardımı barədə müzakirə aparmaq üçün istifadə etmişik. Biz bu görüşlərin nəticələrindən prezidentin Ukrayna bu müharibədə qalib gələnə qədər onu dəstəkləmək siyasətinin inkişafı naminə istifadə edəcəyik”, - Ağ Evin Milli

Təhlükəsizlik Şurasının təmsilçisi Şon Sevett “Reuters” agentliyinə bildirib.
Sevettin dediyinə görə, Fayner bu səfərə ABŞ prezidenti Co Baydenin və Milli Təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanın xahişi ilə gedib.

Ukrayna prezidentinin tezliklə hava hücumundan müdafiə (HHM) sahəsində hansı uğurları nəzərdə tutduğuna da aydınlıq gətirilib. Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fyodorov “Azadlıq” radiosuna müsahibəsində Ukrayna ordusu üçün süni intellektə malik 10 min FPV dronlarınım alınması üçün tenderin başlandığını elan edib. Kiyev istehsalçılar arasında rəqabətin belə dronların qiymətlərini aşağı salacağına ümidlidir.

“Dövlət satınalmaları üzrə “Prozorro” platforması artıq Ukrayna ordusunun ehtiyacları üçün süni intellekt texnologiyalarından istifadə edən ilk 10 min FPV pilotsuz təyyarənin alınması üçün tenderə başlayıb”, - ukraynalı nazir vurğulayıb.


Qeyd edək ki, Britaniya Krallıq Birləşmiş Xidmətlər İnstitutunun Müdafiə Tədqiqatları üzrə hesabatına əsasən, Ukraynanın PUA operatorları Rusiyanın radio-elektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində hər ay minlərlə dron itirirlər.

Bu baxımdan, Ukraynanın “Brave1” dövlət təşəbbüsündə bildirilir ki, hazırda Ukrayna tərtibatçıları üçün prioritet “radio-elektron mübarizənin (REM) təsirinin minimuma endirilməsidir.

“Süni intellektli (Sİ) bələdçi modullarla təchiz olunmuş PUA-ların atəş mərhələsində operatorla əlaqə saxlamasına ehtiyac yoxdur. Operator hədəfi götürür, bundan sonra Sİ yönləndirmə prosesini müstəqil şəkildə öz üzərinə götürür ki, bu da onu düşmənin REM sistemləri üçün toxunulmaz edir”, - “Brave1” dövlət təşəbbüsünün nümayəndəsi “Azadlıq” radiosuna müsahibəsində deyib.

Sahil İsgəndərov
AzVision.az

Chosen
99
50
azvision.az

10Sources